Mixail Ğavelaşvili Gürcüstanın Türkiyə Respublikasına yeni təyin olunmuş səfiri Arçil Kalandia ilə görüş keçirib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili diplomatik missiyasına yola düşməzdən əvvəl Gürcüstanın Türkiyə Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandianı Prezident sarayında qəbul edib.
Görüşdə Gürcüstan və Türkiyə arasında mövcud strateji tərəfdaşlıq və diplomatik missiyanın əsas məsələləri müzakirə olunub.
Mixeil Ğavelaşvili səfiri vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Məlumatı Gürcüstan Prezident Administrasiyasının mətbuat xidməti yayır.