Mixael Rot Gürcüstan prezidentinin İrana səfərinə münasibət bildirir – “Rüsvayçılıq! Yazıq Gürcüstan”

19:40, 03.07.2026

Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri Mixael Rot sosial şəbəkədə prezident Mixeil Ğavelaşvilinin Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirakına münasibət bildirir.

Mixael Rot Ğavelaşvilinin səfərini “rüsvayçılıq” adlandırır.

“Rüsvayçılıq! Yazıq Gürcüstan”, – Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, Gürcüstan prezidenti Mixeil Ğavelaşvili Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün İrana gəlib. Bununla yanaşı, Ğavelaşvili İran prezidenti Məsud Fezeşkianla görüşüb.

İranın dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimi bu gün başlayıb. İran Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Ayətullah Əli Xameneinin dəfn mərasimində 100 ölkənin nümayəndəsi iştirak edəcək. Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da mərasimdə iştirak etmək üçün İrana gəliblər.

Oxşar