Mixael Rot - Bu, vətəndaş cəmiyyətidir, ey ağılsızlar
Mixael Rot - Bu, vətəndaş cəmiyyətidir, ey ağılsızlar

 
Tənqidi, cəsur qeyri-hökumət təşkilatları güclü, möhkəm demokratiyanın onurğasıdır – bu haqda Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot sosial şəbəkədə yazır.

Mixael Rot gürcü qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşün şəklini yayır.

“Bu, vətəndaş cəmiyyətidir, ey ağılsızlar! Tənqidi, cəsur qeyri-hökumət təşkilatları güclü, möhkəm demokratiyanın onurğasıdır. Avropayönlü arzularınıza və ilhamlandırıcı fəaliyyətinizə görə təşəkkürlər. Xarici agentlər qanunu Gürcüstanda demokratik mədəniyyət üçün zəhərdir və buna görə də ləğv edilməlidir” – Gürcüstanda səfərdə olan Mixael Rot yazır.