Miqrasiya İdarəsinin əməkdaşları 33 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanunu əsasında ötən ay müxtəlif ölkələrin 33 vətəndaşını ölkədən çıxarıblar. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, xarici ölkə vətəndaşlarının bir hissəsi Gürcüstanı könüllü tərk edib, bir hissəsi isə Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən məcburi çıxarılıb.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanunu əsasında İran İslam Respublikasının, İordaniya Haşimilər Krallığının, Hindistan Respublikasının, Türkiyə Respublikasının, Misir Ərəb Respublikasının, Azərbaycan Respublikasının, Avstraliya, Pakistan İslam Respublikasının, Nigeriya Federativ Respublikası və Çin Xalq Respublikasının, İraq Respublikası və Rusiya Federasiyasının ümumilikdə 33 vətəndaşı ölkədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan orqandır. Hüquqi əsas olmadan Gürcüstanda olan xarici ölkə vətəndaşlarının aşkarlanması və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsi onun səlahiyyətlərindən biridir” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.