Miqrasiya Departamentinin əməkdaşları 56 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər
Miqrasiya Departamentinin əməkdaşları 56 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, Nazirliyin müvafiq bölmələri ilə sıx əməkdaşlıq nəticəsində son günlər ərzində Gürcüstandan 56 xarici ölkə vətəndaşını deportasiya ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən deportasiya edilmiş şəxslər arasında Türkmənistan, Hindistan, Rusiya, Çin, Qazaxıstan, Türkmənistan, Banqladeş, Pakistan, Misir, İsrail, Kipr, Marokko, Nigeriya, Ermənistan, Özbəkistan və Azərbaycandan ümumilikdə 56 vətəndaş yer alır.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.