Miqrasiya departamentinin əməkdaşları 13 xarici ölkə vətəndaşını saxlayıb
Miqrasiya departamentinin əməkdaşları 13 xarici ölkə vətəndaşını saxlayıb

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi miqrasiya nəzarəti tədbiri həyata keçiriblər.

Əldə olunan məlumatlar əsasında tədbir çərçivəsində departament əməkdaşları müəyyən yerləri yoxlayıblar, bu da Gürcüstanda qanuni əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi məqsədi daşıyırdı.

Keçirilmiş kompleks tədbrilər nəticəsində 13 xarici ölkə vətəndaşı saxlanılıb. Onların arasında İordaniya, Misir, Pakistan, Hindistan və Türkiyə vətəndaşları da var. Onların Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu ilə müəyyən edilmiş tələbləri pozaraq ölkədə olduqları müəyyən edilib.

Hazırda adıçəkilən şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzinə yerləşdiriliblər. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar davam etdirilir.

Miqrasiya Departamenti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanununun səmərəli icrasını təmin etmək məqsədilə xüsusi immiqrasiya nəzarəti tədbirlərini mütəmadi olaraq həyata keçirəcək.