Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşları Gürcüstanda hüquqi əsası olmadan yaşayan altı xarici ölkə vətəndaşını saxlayıblar
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşları tərəfindən birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, İran, İraq, Nepal və Misirdən olan ümumilikdə altı vətəndaş saxlanılıb.
Müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanununa əsasən, ölkədə hüquqi əsas olmadan olublar. Onlar sığınacaq proseduru çərçivəsində nəzərdə tutulmuş müddətlərdən sui-istifadə edərək, illərlə ölkədə hüquqi əsas olmadan qalıblar.
Saxlanılan şəxslər ölkəni könüllü tərk etməni nəzərdə tutan, ölkədən çıxarılma qərarı ilə müəyyən edilmiş müddətlərdən istifadə etməyiblər. Nəticədə, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti həmin şəxslərin saxlanılması barədə qərar qəbul edib.
Hazırda saxlanılan şəxslər qərarın icrası və sonrasında öz mənşə ölkələrinə geri qaytarılmaları məqsədilə Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar.
Daxili İşlər Nazirliyi məlumat yayır.