Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşları Gürcüstanda hüquqi əsas olmadan yaşayan altı xarici ölkə vətəndaşını saxlayıblar
Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirləri nəticəsində Türkiyə, İran, Hindistan, İraq və Misirin ümumilikdə 6 vətəndaşını saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumdan verilən məlumata görə, saxlanılan şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu nəzərə alınmaqla, qanuni əsas olmadan ölkə ərazisində olması müəyyən edilib.
“Onlar sığınacaq prosedurunda nəzərdə tutulmuş müddətlərdən sui-istifadə edərək, illərlə ölkədə hüquqi əsas olmadan qalırdılar.
Saxlanılan şəxslər ölkəni könüllü tərk etməyə imkan verən, çıxarılma qərarında müəyyən olunmuş müddətlərdən istifadə etməyiblər. Nəticə etibarilə, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti həmin şəxslərin saxlanılması barədə qərar qəbul edib.
Qərarın icrası məqsədilə hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar və daha sonra öz doğma ölkələrinə geri qaytarılacaqlar”, – deyə DİN-in yaydığı məlumatda deyilib.