Miqrasiya Departamenti Tbilisi və Batumidə xüsusi miqrasiya nəzarəti tədbirləri nəticəsində 32 xarici ölkə vətəndaşını saxlayıb
Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Tbilisi və Batumidə xüsusi miqrasiya nəzarəti tədbirləri həyata keçiriblər. Kompleks tədbirlər nəticəsində Hindistan, Banqladeş, Tayland, Çin, Türkiyə, Fələstin, Nigeriya, Özbəkistan və Misir vətəndaşları da daxil olmaqla 32 xarici ölkə vətəndaşı saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, tədbirlər çərçivəsində departamentin əməkdaşları Gürcüstanda qanuni əsas olmadan qalan xarici ölkə vətəndaşlarını aşkar etmək məqsədi daşıyan konkret məkanları yoxlayıblar.
“Saxlanılan şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu ilə müəyyən edilmiş tələbləri pozaraq ölkədə olduqları müəyyən edilib.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzindədirlər. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar davam etdirilir.
Miqrasiya Departamenti Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici öklə vətəndaşlarının vaxtında aşkarlanması və ölkədən çıxarılması üçün xüsusi miqrasiya nəzarətini intensiv rejimdə həyata keçirir”, – məlumatda qeyd olunur.