Miqrasiya Departamenti xüsusi miqrasiya nəzarəti tədbiri nəticəsində 28 xarici ölkə vətəndaşını saxlayıb
Miqrasiya Departamenti xüsusi miqrasiya nəzarəti tədbiri nəticəsində 28 xarici ölkə vətəndaşını saxlayıb

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən xüsusi miqrasiya nəzarəti tədbiri keçirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, əldə edilmiş məlumatlar əsasında Gürcüstanda qanuni əsas olmadan qalan xarici ölkə vətəndaşlarının müəyyənləşdirilməsi məqsədi daşıyan tədbir çərçivəsində departamentin əməkdaşları tərəfindən konkret yerlər yoxlanılıb.

“Kompleks tədbir nəticəsində 28 xarici vətəndaşı saxlanılıb. Onların arasında İran, Hindistan, Nigeriya, Pakistan, Türkmənistan, Nepal, Syerra-Leone, Banqladeş, İordaniya, Efiopiya və Əfqanıstan vətəndaşları var.

Saxlanılan şəxslərin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan Qanunu ilə müəyyən edilmiş tələbləri pozaraq ölkədə olduqları müəyyən edilib.

Saxlanılan şəxslər hazırda Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Onların ölkədən çıxarılması üçün müvafiq prosedurlar aparılır.

Miqrasiya Departamenti Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanununun səmərəli icrasını təmin etmək üçün mütəmadi olaraq xüsusi miqrasiya nəzarəti həyata keçirir”, – DİN-nin məlumatında deyilir.