Miqrasiya Departamenti xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 53 xarici ölkə vətəndaşını saxlayıb
Miqrasiya Departamenti xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 53 xarici ölkə vətəndaşını saxlayıb

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Tbilisi, Zuqdidi, Kobuleti və Batumi şəhərlərində xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər. Kompleks tədbirlər nəticəsində Keniya, Uqanda, Hindistan, Türkmənistan, Filippin, Kuba, İordaniya, Rusiya, Türkiyə, Qana, Zimbabve və Efiopiya vətəndaşları da daxil olmaqla 53 xarici ölkə vətəndaşı saxlanılıb.

Keçirilən tədbirlər çərçivəsində Departamentin əməkdaşları Gürcüstanda qanuni əsas olmadan qalan xarici ölkə vətəndaşlarını müəyyən etmək məqsədilə müxtəlif təyinatlı konkret yerləri və obyektləri yoxlayıblar.

Saxlanılan şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunda nəzərdə tutulan tələbləri pozaraq ölkədə olduqları müəyyən edilib.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib. Onların ölkədən çıxarılması məqsədi ilə müvafiq prosedurlar aparılır.