Miqrasiya Departamenti immiqrasiya nəzarəti tədbirləri nəticəsində 50 xarici ölkə vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə miqyasında xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər.
Kopleks tədbirlər nəticəsində Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları da daxil olmaqla 50 əcnəbi qeyri-qanuni miqrant saxlanılıb.
Xüsusi immiqrasiya nəzarəti tədbirləri çərçivəsində, departament əməkdaşları tərəfindən Gürcüstanda qanuni əsas olmadan qalan əcnəbi vətəndaşların aşkar edilməsi məqsədilə konkret məkanlar və müxtəlif təyinatlı obyektlər yoxlanılıb.
Saxlanılan şəxslərin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan Qanunu ilə müəyyən edilmiş tələbləri pozaraq ölkədə qaldıqları müəyyən edilib.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Yerləşdirmə Mərkəzində saxlanılırlar. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.