Miqrasiya Departamenti həyata keçirilmiş xüsusi miqrasiya tədbiri nəticəsində 30 xarici ölkə vətəndaşını saxlayıb
Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi miqrasiya nəzarəti tədbiri həyata keçiriblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumun qeyd etdiyi kimi, əldə olunan məlumat əsasında tədbir çərçivəsində departament əməkdaşları müəyyən yerləri yoxlayıblar, bu da Gürcüstanda qanuni əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi məqsədi daşıyırdı.
“Keçirilmiş kompleks tədbrilər nəticəsində 30 xarici ölkə vətəndaşı saxlanılıb. Onların arasında Hindistan, Çin, Nigeriya, Türkiyə, Pakistan, Kamerun, Sudan, Nepal, Keniya və Şri-Lanka vətəndaşları da var. Onların Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu ilə müəyyən edilmiş tələbləri pozaraq ölkədə olduqları müəyyən edilib.
Hazırda adıçəkilən şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzinə yerləşdiriliblər. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar aparılır.
Miqrasiya Departamenti Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Qanununun səmərəli icrasını təmin etmək məqsədi ilə mütəmadi olaraq xüsusi immiqrasiya nəzarəti həyata keçirir.