Metyu Miller - Yalnız gürcü xalqının öz ölkəsinin gələcəyinə qərar verməsi mühümdür
Yalnız gürcü xalqının öz ölkəsinin gələcəyinə qərar verməsi mühümdür – bu haqda ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bəyan edib.
“Biz dəfələrlə Rusiyanın regionda, eləcə də bütün dünyada seçkilərə təkcə çoxsaylı cəhdlərini deyil, birbaşa müdaxiləsini görmüşük. Hər zaman ayıq və sayığıq və bunu müşahidə edirik. Bizdən dəfələrlə eşitdiyiniz kimi, gürcü xalqının və yalnız gürcü xalqının öz ölkəsinin gələcəyinə qərar verməsi mühümdür” – Miller qeyd edib.