Metyu Miller - Gürcü xalqının Avro-Atlantik istəklərini dəstəkləməyə davam edirik, lakin gördüyümüz kimi, Gürcüstan hökuməti başqa səmtə üz çevirdi, başqa yol seçdi
Metyu Miller - Gürcü xalqının Avro-Atlantik istəklərini dəstəkləməyə davam edirik, lakin gördüyümüz kimi, Gürcüstan hökuməti başqa səmtə üz çevirdi, başqa yol seçdi

 

Gürcü xalqının Avro-Atlantik istəklərini dəstəkləməyə davam edirik, lakin gördüyümüz kimi, Gürcüstan hökuməti başqa səmtə üz çevirdi, başqa yol seçdi-bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, Gürcüstan hökumətinin hərəkətlərinin ABŞ-la münasibətləri dəyişdiyini bildirib.

“Gürcüstan hökumətinin Gürcüstanı demokratik trayektoriyadan çıxaran qanunları təsdiqlədiyinə şahid olduq. Onların qəbul etdikləri qanunlar, onun vətəndaş cəmiyyətinə necə təsir edəcəyi və bunun hökumətə qanuni demokratik hüquqlara təzyiq etməyə necə imkan verə biləcəyi haqda danışdınız. Belə ki, məhz Gürcüstan hökumətinin hərəkətləri onun ABŞ-la, həm də təkcə ABŞ-la deyil, Avropanın digər ölkələri ilə də münasibətlərini əsaslı şəkildə dəyişdi”- Miller deyib.