Metyu Miller – Biz uzunmüddətli və layiqli sülh sazişinə nail olunması üçün Ermənistan və Azərbaycanın səyini dəstəkləməyə davam edirik

12:17, 17.09.2024

 
Hər zaman Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş üçün imkan axtarırıq – bu haqda Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.

“Biz hər iki ölkənin uzunmüddətli və layiqli sülh sazişinə nail olunması üçün səyini dəstəkləməyə davam edirik” – Miller bildirib.

O, Yerevan və Bakının sülh sazişinin imzalanması baxımından mühüm irəliləyişə nail olduqlarını bildirib.

Bununla yanaşı, dövlət katibi Entoni Blinkenin Nyu-Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı suala Miller konkret cavab verməkdə təmkinli davranıb.

Oxşar