Mette Frederiksen – Qrenlandiya hökuməti adanın satılmadığını açıq şəkildə dedi, bunu bizim hökumətimiz də dedi

20:06, 05.03.2025

Qrenlandiya hökuməti Qrenlandiyanın satılmadığını açıq şəkildə dedi, bunu bizim hökumətimiz də dedi, – Danimarkanın baş naziri Mette Frederiksen ABŞ prezidenti Donald Trampın ABŞ-ın Qrenlandiyanı bu və ya digər şəkildə alacağı ilə bağlı bəyanatına belə münasibət bildirdi.

Danimarka hökumətinin başçısının dediyinə görə, Qrenlandiya ən çox Qrenlandiya olmaq istəyir.

Mette Frederiksenin bildirdiyinə görə, Danimarka Qrenlandiya ilə tərəfdaşlığını davam etdirmək istəyir və o, “bərabərlik və hörmət üzərində qurulmuş daha yaxşı, daha müasir olmaq” üçün inkişaf etməlidir.

Mette Frederiksen həmçinin qeyd etdi ki, Danimarka hökuməti ABŞ administrasiyası ilə daimi dialoq aparsa da, Donald Trampla söhbət etməyib.

Oxşar