Metexi körpüsünün reabilitasiyası başa çatmaq üzrədir
Paytaxt meri Kaxa Kaladze Metexi körpüsünün reabilitasiyasının tamamlanma işləri ilə tanış olub.
Layihə çərçivəsində yeraltı kommunikasiyalar tamamilə dəyişdirilib, yolun hərəkət hissəsinin hər iki tərəfində hidroizolyasiya işləri aparılıb, 2300 kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Həmçinin təbii daş plitələrlə üzlənmiş səkilər düzəldilib. Fasadlar və tağlar tamamilə bərpa edilib, körpünün üzərindəki çuqun məhəccərlər və barmaqlıqlar görünüşü dəyişdirilmədən bərpa edilib.
Metexi körpüsünün reabilitasiyası Meriyanın Şəhər İnfrastrukturunun İnkişafı Xidməti tərəfindən həyata keçirilib, bunun üçün paytaxt büdcəsindən 1 milyon 715 min lari xərclənib.