Mətbuatın yaydığı məlumatda Rəcəb Tayyib Ərdoğan və Vladimer Putinin Ankaranın rus qazının 25 faizini rublla alacağına dair razılığa gəldiyi deyilir
“Şanxay Əməkdaşlıq Təşkilatı” sammitində Türkiyə və Rusiya prezidentləri təbii qaz və Ukrayna taxılı məsələlərini müzakirə ediblər.
Yayılan məlumatda Rəcəb Tayyib Ərdoğan və Vladimer Putinin Ankaranın rus qazının 25 faizini rublla alacağına dair razılığa gəldiyi deyilir.
“Məsələ razılaşdırılıb, bu istiqamətdə işlər razılaşmalarımıza uyğun aparılacaq. Sizi maraqlandıran bütün istiqamətlərdə Türkiyəyə tədarükümüzü əhəmiyyətli dərəcədə artırmağa hazırıq” – deyə Putin Ərdoğanla görüş zamanı bildirib.
Bununla yanaşı, rus mətbuatı tərəfindən yayılan məlumatda bildirilir ki, Rusiya prezidenti Ukrayna limanlarından ixrac olunan taxılın yoxsul ölkələrə getməli olduğunu, lakin indiyədək buna nail olunmadığını söyləyib.
Türkiyə və Rusiya prezidentlərinin görüşü 40 dəqiqə davam edib.