Mətbuat tərəfindən yayılan məlumatda Vladimer Putinin Ermənistanın baş naziri ilə söhbətinin məzmunu barədə İlham Əliyevə məlumat verdiyi deyilir
Rusiya prezidenti Vladimer Putin Azərbaycan prezidenti İlham Əliyevə Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətinin məzmunu barədə məlumat verib. Bu barədə rus mətbuatı məlumat yayır.
Mətbuatın yazdığı üzrə Putin Ermənistan-Azərbaycan sərhədindəki hazırkı vəziyyəti gərgin adlandırıb.
“Əlbəttə, bu gün hamımız Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən çox narahatıq, bu barədə danışdıq. Koordinasiyalı səylərlə eskalasiya dayandırıldı, lakin vəziyyət hələ də gərgindir” – Rusiya prezidenti bildirib.