Mətbuat tərəfindən yayılan məlumatda Türkiyənin Qara dənizə Rusiya hərbi gəmilərinin keçməsinə icazə vermədiyi deyilir
Türkiyə Rusiya hərbi gəmilərini Qara dənizə keçirməyib. Bu barədə “BBC” məlumat yayır. Söhbət fevralın əvvəlindən Bosfor boğazından keçmək üçün icazə tələb edən Rusiya Sakit Okean Donanmasının gəmilərindən gedir.
Mətbuat Ankaranın buna icazə verməməsi barədə yazır.
Rusiyanın “Variaq” raket kreyseri və gəmi əleyhinə iri gəmi “Admiral Tributsi” noyabrın 6-da Sinqapur boğazında görüntülənib, onlar Vladivostoka istiqamət seçiblərmiş.
Bundan əlavə, Qara Dəniz Strateji İnstitutunun monitorinq qrupunun rəhbəri Andrey Klimenkonun Twitter-də yazdığı üzrə, Rusiya Sakit Okean Donanmasının gəmiləri Qara dənizə girmək üçün doqquz ay gözləyiblər.