Mətbuat tərəfindən yayılan məlumatda Polşa hökumətinin ukraynalı qaçqınlar üçün güzəştlərin bir hissəsini qaldıracağı deyilir

19:17, 25.10.2022
Warszawa, 01.02.2022. Pose³ Lewicy Marek Rutka (na mównicy) na sali obrad Sejmu w Warszawie, 1 bm. W Sejmie rozpoczê³o siê drugie czytanie projektu ustawy o wykonywaniu testów diagnostycznych. Komisja Zdrowia po przeprowadzeniu pierwszego czytania oraz po rozpatrzeniu tego projektu ustawy wnosi, aby Sejm tê ustawê odrzuci³. (kf) PAP/Pawe³ Supernak

Polşa hökuməti ukraynalı qaçqınlar üçün güzəştlərin bir hissəsini ləğv edəcək. Polşa mətbuatının yazdığına görə, hökumət Ukrayna vətəndaşlarına yardımı müəyyən edən qanuna dəyişiklik etməyi planlaşdırır. Belə ki, müharibə başlayandan sonra Polşaya gələn bütün Ukrayna vətəndaşları milli identifikasiya nömrəsi almalı olacaqlar.

Media tərəfindən yayılan məlumatda onların sosial müavinətlərə çıxışının məhdudlaşacağı və xərclərin bir hissəsini özləri ödəməli olacaqları deyilir.

“Biz qaçqınların mənzillərini əbədi olaraq maliyyələşdirə bilmərik. Bizdə hələ də yataqxanalarda 80 min qaçqın yaşayır”-deyə Polşanın daxili işlər nazirinin müavini bildirib.

2023-cü ilin fevralından bu yataqxanalarda 120 gündən çox qalan ukraynalılar kommunal xərclərin 50%-ni, 2023-cü ilin may ayından isə 75%-ni ödəməlidirlər. Polşa hökumətindən bildirildiyi üzrə, qanuna edilən dəyişikliklərdən sonra Sosial Müdafiə Agentliyi və yerli hökumət Polşaya gələn ukraynalılar haqqında daha çox məlumat alacaq. Media tərəfindən yayılan məlumatda, bundan irəli gələrək sosial müavinətlərdən qeyri-qanuni istifadə hallarının aradan qaldırılması üçün daha çox təsir vasitələri olacağı deyilir.

Oxşar