Mətbuat tərəfindən verilən məlumatda Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də Azərbaycana səfər edəcəyi deyilir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana səfər edəcək. Azərbaycan mətbuatının məlumatına əsasən, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı açıqlama verib.
“Üç günə prezidentimizin təyyarəsi ikinci dəfə işğaldan azad edilmiş Azərbaycan ərazisinə enəcək” – deyə Türkiyə səfiri bildirib.
Bundan əvvəl, iyulda prezident Əliyev Türkiyə prezidentinin Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməyi planlaşdırdığını bildirmişdi.