Məsud Fezeşkian - İran nüvə silahı əldə etməyə can atmır, nüvə proqramının məqsədi tibb, energetika və iqtisadiyyat sahələrində fayda əldə etməkdir
Məsud Fezeşkian - İran nüvə silahı əldə etməyə can atmır, nüvə proqramının məqsədi tibb, energetika və iqtisadiyyat sahələrində fayda əldə etməkdir

İran nüvə silahı əldə etməyə can atmır niyyətində deyil, – bu barədə İran prezidenti Məsud Fezeşkian bildirib.

İran prezidentinin dediyinə görə, ölkənin nüvə proqramının məqsədi tibb, energetika və iqtisadiyyat sahələrində fayda əldə etməkdir.

İran və ABŞ arasında ədalətli razılaşmanın əldə olunması ilə bağlı nüvə danışıqları barədə prezident xüsusi olaraq vurğulayıb ki, beynəlxalq qanunlar ədalətli və bərabər şəraitdir ki, hər bir ölkə uranın zənginləşdirilməsi ilə bağlı ixtisaslaşmış elmi tədqiqatlar apara və nüvə enerjisindən sülh məqsədləri üçün istifadə edə bilər.

İran Prezidenti, həmçinin, regionda sülhə nail olunması səylərinə dəstəyinə görə və İran ilə ABŞ arasında aparılan danışıqlarda dəyərli vasitəçilik roluna görə Oman sultanı Heysəm bin Tariqə təşəkkür edib.