Məsud Fezeşkian - İran İsraillə müharibəni genişləndirmək istəmir, lakin istənilən hücuma proporsional cavab verəcək
Məsud Fezeşkian - İran İsraillə müharibəni genişləndirmək istəmir, lakin istənilən hücuma proporsional cavab verəcək

İran İsraillə müharibəni genişləndirmək istəmir, lakin istənilən hücuma proporsional cavab verəcək, – bu barədə İran prezidenti Məsud Fezeşkian bildirib.

“CNN”nin İran mediasına istinadən yazdığına görə, bu bəyanatı Fəzeşkian Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı verib.

İran prezidentinin söylədiyinə görə, İsrailin təcavüzü nəticəsində İranda dinc əhali, alimlər və hərbi rəhbərlər həlak olub.

“İran bu müharibəni başlamayıb, lakin hücumlara proporsional cavab verəcək”, – Fezeşkian bildirib.

Bununla yanaşı, İran prezidenti qeyd edib ki, İranın ABŞ-la nüvə danışıqlarında iştirakı “yalnız sionist rejimin hücumlarını dayandırmasından asılıdır”.

Medianın yazdığına görə, Ərdoğan Fezeşkiana bildirib ki,Türkiyə “münaqişənin gərginliyinin azaldılması və nüvə danışıqlarına qayıtması üçün vasitəçi rolunu oynamağa” hazırdır.