Məsud Fezeşkian - Hücuma məruz qalan qonşu ölkələrdən üzr istəməyi zəruri hesab edirəm, qonşu ölkələrə hücum etmək niyyətində deyilik
İran prezidenti Məsud Fezeşian qonşu ölkələrdən İranın həyata keçirdiyi hücumlara görə üzr istəyib və qeyd edib ki, İran “əgər onlar ilk hücum etməsələr” qonşularına hücum etməyəcək.
“Hücuma məruz qalan qonşu ölkələrdən üzr istəməyi zəruri hesab edirəm. Biz qonşu ölkələrə hücum etmək niyyətində deyilik”, – deyə Fezeşian bildirib.
İran prezidenti qeyd edib ki, İsraili və ya ABŞ-ı dəstəkləmək “şərəf və azadlığa aparan yol deyil”.
Bununla yanaşı, Fezeşkianın dediyinə görə, İran təslim olmayacaq və hərbçilər İsrailə qarşı cavab zərbələrini davam etdirirlər.
“İran heç vaxt təslim olmayacaq, onlar bizim şərtsiz təslim olma haqda xəyallarını məzarlarına aparacaqlar”, – deyə Məsud Fezeşian bildirib.