Məsud Fezeşkian bildirir ki, region ölkələri inkişaf və təhlükəsizlik istəyirlərsə, İranın düşmənlərinə öz torpaqlarından müharibə aparmağa icazə verməməlidirlər
Məsud Fezeşkian bildirir ki, region ölkələri inkişaf və təhlükəsizlik istəyirlərsə, İranın düşmənlərinə öz torpaqlarından müharibə aparmağa icazə verməməlidirlər

Biz dəfələrlə İranın qabaqlayıcı hücumlar həyata keçirmədiyini demişik, – bu barədə İran prezidenti Məsud Fezeşkian bildirib.

Onun sözlərinə görə, əgər İranın infrastruktur və ya iqtisadi mərkəzləri hədəfə alınarsa, Tehran güclü cavab zərbəsi həyata keçirəcək.

“Biz dəfələrlə demişik ki, İran qabaqlayıcı hücumlar həyata keçirmir, amma əgər bizim infrastruktur və ya iqtisadi mərkəzlərimiz hədəfə alınarsa, biz sərt cavab verəcəyik. Region ölkələrinə: əgər inkişaf və təhlükəsizlik istəyirsinizsə, düşmənlərimizin torpaqlarınızdan müharibə aparmasına icazə verməyin”, – deyə Məsud Fezeşkian “X” sosial şəbəkəsində yazır.