Məsud Fezeşkian - Bəzi ölkələr vasitəçilik cəhdlərinə başlayıb; vasitəçilik prosesi isə İran xalqını kifayət qədər qiymətləndirməyənlərə aid olmalıdır
Bəzi ölkələr vasitəçilik səylərinə başlayıb, – bu barədə İran prezidenti Məsud Fezeşkian bildirib.
İran prezidentinin sözlərinə görə, Tehran regionda dayanıqlı sülhün tərəfdarıdır, lakin millətin ləyaqətini və suverenliyini müdafiə etməkdən çəkinməyəcək.
“Vasitəçilik prosesi İran xalqını kifayət qədər qiymətləndirməyən və bu münaqişəyə səbəb olanlara aid olmalıdır”, – Məsud Fezeşkian qeyd edib.