Məsud Fezeşkian - ABŞ özümüzü müdafiə etmək üçün bizi raketlərə sahib olmamağa çağırır, İsraili isə silahla təmin edir, sonra isə bizi bombalayır
İran sülh istəyir, lakin təzyiqlərə boyun əyməyəcək, – bu barədə İran prezidenti Məsud Pezeşkinyan bildirib.
İran liderinin söylədiyinə görə, Amerika İranı özünü müdafiə etmək üçün raketlərə malik olmamağa çağırarkən İsraili silahla təmin edir, sonra da İranı bombalayır.
“Biz danışıqları beynəlxalq çərçivədə aparmaq istəyirik, amma elə bir şəkildə yox ki, onlar bizim nüvə elmi və ya özümüzü raketlərdən müdafiə etmək hüququmuz olub-olmamasına qərar versinlər. Biz istəyirik bu dünyada sülh içində və təhlükəsiz yaşayaq, amma təhqir olunmadan. Onların bizə öz istədiklərini qəbul etdirmələri və bizdən sadəcə xidmət gözləmələri qəbuledilməzdir”, – Pezeşkinyan bildirib.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl İranın ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğv edilməsini istədiyini bildirib.