Meşə yanğınlarına görə Arizona və Kolorado ştatlarında kanyonlardan ziyarətçilər və əməkdaşlar təxliyə edilib
Meşə yanğınlarına görə Arizona və Kolorado ştatlarında kanyonlardan ziyarətçilər və əməkdaşlar təxliyə edilib

Arizona ştatında, Böyük Kanyon Milli Parkının bəzi hissələrində meşə yanğınlarına görə təxliyə elan edilib. Bu barədə “Deutsche Welle” yazır.

Yanğınlardan biri 4 iyulda ildırım nəticəsində başlayıb. Nəticədə artıq 10 973 hektar ərazi yanıb və bu vaxta qədər yanğının lokallaşdırılması mümkün olmayıb.

Yanğınsöndürənlərin bildirdiyinə görə, yüksək temperatur və güclü külək yanğının söndürülməsini çətinləşdirir.

Bununla yanaşı, Kolorado ştatında başlayan meşə yanğını nəticəsində Qanisın Milli Parkının Qara Kanyonundan bütün ziyarətçilər və əməkdaşlar təxliyə edilib.

“Deutsche Welle”nin yazdığına görə, son həftələr ərzində ABŞ-ın qərb hissəsində isti və quraq hava yanğınların riskini artırıb.