Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı prosedurları izah edir
Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı prosedurları izah edir

Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin yeni qaydada keçirilməsi ilə əlaqədar olaraq məlumat yayır.

Seçki administrasiyası tarixlər, qaydalar və prosedurlar barədə izahat verir.

“Ölkə tarixində ilk dəfə olaraq Gürcüstan prezidentinin seçkiləri yeni qaydada keçiriləcək – prezident 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən 5 il müddətinə seçiləcək. Seçkilərlə bağlı tarixlər, qaydalar və ya prosedurlar fərqlidir. Bəzi maraqlı tərəflər tərəfindən yanlış şərhlər və manipulyasiya xarakterli bəyanatlar yayıldığı üçün ictimaiyyəti dəqiq məlumatlandırmaq məqsədi ilə seçki administrasiyası Gürcüstan prezidentinin seçkiləri ilə bağlı məsələləri ətraflı izah edir.

İlk növbədə, qeyd etmək lazımdır ki, Gürcüstan prezidentinin seçilməsinə parlament qərar verir. Gürcüstan Konstitusiyasına görə, Gürcüstan prezidentinin seçkilərinin tarixi parlament seçkilərinə və ya ondan əvvəlki aya təsadüf edərsə, Gürcüstan prezidentinin seçkiləri yeni seçilmiş parlamentin birinci sessiyasından sonra 45 gün ərzində keçirilir. Müvafiq olaraq, parlament Konstitusiyanı nəzərə alaraq dekabrın 14-nə seçkilərin təyin edilməsi ilə bağlı qərar qəbul edib.

Seçkilərin təşkili ilə bağlı məsələlərə gəlincə, seçkilərin aparılmasını MSK həyata keçirir. Seçkilərin parlament tərəfindən dekabrın 14-nə təyin edilməsi ilə əlaqədar olaraq, seçki administrasiyasının qanunvericiliyə uyğun olaraq səlahiyyətlərinə malik olduğu bəzi tədbirlər və müddətlərdə dəyişiklik edilməsi zərurəti yaranıb. MSK sərəncamla Seçicilər Kollegiyasının tərkibini seçki gününə ən geci 11 gün qalmış təsdiq edir (dekabrın 3-ü).

Gürcüstan prezidentliyinə namizədi seçicilər kollegiyasının ən azı 30 üzvü seçkilər gününə gədər ən geci 9 gün qalmış irəli sürə bilər (5 dekabr) . MSK sərəncamla, Gürcüstan prezidentliyinə namizədi seçki gününə gədər ən geci 6 gün qalmış qeydiyyatdan keçirir (8 dekabr).

Səsvermə gününə gəlincə, Gürcüstan Prezidentinin seçkiləri (birinci tur) Gürcüstan Parlamentinin Sarayında, seçkilər günü saat 09:00-dan başlayır və həmin gün saat 14:00-da başa çatır və ya seçki kollegiyasının bütün üzvləri səs veribsə ondan əvvəl, istənilən vaxt. Seçkilərin birinci turunda seçki kollegiyasının tam tərkibinin ən azı üçdə ikisinin səsini toplayan namizəd seçilmiş hesab olunacaq. Gürcüstan prezidenti birinci turda seçilməsə, ikinci tur həmin gün keçiriləcək və ən çox səs toplayan namizəd seçilmiş hesab olunacaq”, – deyə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda deyilib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, MSK iclasda həmçinin, seçki tədbirlərinin təqvimini də müəyyən edib və səlahiyyətli vətəndaşların siyasi birlikləri üçün seçki kollegiyasına üzv olan şəxslərin kvotalarını müəyyən edib.

MSK-nın sərəncamına əsasən, seçki kollegiyasında kvotalar aşağıdakı kimi müəyyən edilib:

1. №1 – “Avropaya bəli –Quruculuq Strategiyası” – seçki kollegiyasının bir üzvü;

2. № 2 – “Avropa Gürcüstanı – Azadlıq üçün Hərəkat” – seçki kollegiyasının iki üzvü;

3. № 5 saylı – “Birlik – Milli Hərəkat” – 36 seçki kollegiyasının üzvü;

4. № 8 – “Gürcüstanın Vətənpərvərlər Alyansı” – seçki kollegiyasının bir üzvü;

5. № 9 – “Güclü Gürcüstan – Lelo, xalq üçün, azadlıq üçün!” – seçki kollegiyasının dörd üzvü;

6. №10 – Gürcüstanın Leyboristlər Partiyası – seçki kollegiyasının bir üzvü;

7. № 25 – “Qaxaria Gürcüstan üçün” – seçki kollegiyasının doqquz üzvü;

8. № 41 – “Gürcü Arzusu – Demokratik Gürcüstan” – seçki kollegiyasının 54 üzvü;

9. №45 – “Qirçi – daha çox azadlıq” – seçki kollegiyasının bir üzvü.

“Kvotalara əsasən, müvafiq siyasi partiyalar kollegiya üzvlərinin namizədliyini yerli özünüidarəetmə nümayəndəlik orqanlarının tərkibindən irəli sürməlidirlər. Ətraflı məlumat MSK-nın veb səhifəsində yerləşdirilib.

Seçki administrasiyası prezident seçkilərini qanunvericiliyə tam uyğun olaraq, beynəlxalq standartları nəzərə almaqla həyata keçirəcək. Bununla yanaşı, iştirak edən tərəflərə müraciət edirik ki, ictimaiyyəti çaşdırmasınlar. Seçki administrasiyası heç bir dezinformasiya və ya manipulyasiyanı reaksiyasız qoymayacaq və ictimaiyyətə obyektiv, yoxlanılmış məlumatlar çatdıracaq”, – MSK-da bildirirlər.

“Gürcü Arzusu” Mixeil Ğavelaşvilini prezidentliyə namizəd kimi irəli sürüb. Prezidentliyə namizədi “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili təqdim edib.