Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vladimir Putinin küncə sıxışdığı təqdirdə kifayət qədər təhlükəli və qeyri-rasional ola biləcəyini söyləyir
Rusiya prezidenti Vladimir Putin küncə sıxışdığı təqdirdə kifayət qədər təhlükəli və qeyri-rasional ola bilər-bu barədə
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Barns “CBS” teleşirkətinə müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, Putin təkcə Ukraynada döyüş meydanında baş verənlərdən deyil, həm də daxildə və beynəlxalq aləmdə baş verənlərdən narahat olmalıdır.
Barns qeyd edir ki, Çinin fevral ayında “hüdudsuz dostluq” vədinə baxmayaraq, Pekin Putinin tələb etdiyi hərbi dəstəyi təklif etməkdən imtina edib.
Uilyam Barns Rusiyanın artan problemlərinin Putini çox az seçim qarşısında qoyduğunu və onu potensial olaraq daha təhlükəli etdiyini bildirib.
“Putin narahatdır. Küncə sıxışdığını hiss edən Putin kifayət qədər təhlükəli və qeyri-rasional ola bilər” -deyə Barns bildirib.