Meriyanın məlumatına görə, güclü külək Tbilisidə müəyyən problemlər yaradıb
Meriyanın məlumatına görə, güclü külək Tbilisidə müəyyən problemlər yaradıb

Güclü külək Tbilisidə müəyyən problemlər yaradıb, – bu barədə Tbilisi meriyası məlumat yayır.

Xüsusən bir neçə rayonda, xüsusi ilə də Vake, Saburtalo, Didube, Qldani və Samqori rayonlarında ağacların aşması və həmçinin ağac budaqlarının qırılması halları qeydə alınıb.

Tbilisi rayon idarələrinin və “Ecoservice Group” nümayəndələri hadisə yerindədir və təmizləmə işləri aparırlar. Həmçinin, müvafiq bələdiyyə xidmətləri səfərbər edilib.