Melitopol şəhərinin meri ukraynalı hərbçilərin Rusiyanın işğal etdiyi Melitopola zərbələr endirməsi barədə məlumat yayır
Melitopol şəhərinin meri ukraynalı hərbçilərin Rusiyanın işğal etdiyi Melitopola zərbələr endirməsi barədə məlumat yayır

 

Ukraynalı hərbçilər Rusiyanın işğal etdiyi Melitopol şəhərinə zərbə endiriblər. Şəhər meri nəticədə 200-300 rus hərbçisinin həlak olduğunu bildirib.

Öz növbəsində, Rusiya tərəfindən Zaporojie vilayətinə təyin olunmuş qondarma qubernator şəhərə hücumu təsdiqləyir, lakin iki nəfərin həlak olduğunu və onlarla insanın yaralandığını iddia edir. O, istirahət bazasının dağıldığını və hadisə yerində xilasedicilərin işlədiyini söyləyib.

Bununla yanaşı, Rusiya tərəfindən ilhaq edilmiş Krım ərazisində səfərbər olunan rus hərbçilərin kazarmalarında yanğın baş verməsi, ukraynalı partizanların buna görə məsuliyyəti öz üzərlərinə götürmələri məlum olub. Onlar hadisə nəticəsində dünyasını dəyişənlərin olduğunu və onların siyahısının yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını bildiriblər.

Bununla yanaşı Donbasda hərbi əməliyyatlar davam edir. Ukrayna Baş Qərargahının məlumatında ötən sutka ərzində ukraynalı əsgərlərin Donbasda Rusiya ordusunun 11 hücumunu dəf edə bildiyi və düşmənin 6 obyektinə zərbə endirdiyi deyilir. Rusiya Dnepropetrovsk və Sumi vilayətləri istiqamətində hücumları davam etdirir.

Bununla yanaşı, PUA hücumundan sonra bir milyon yarımdan çox insanın işıqsız qaldığı Odessa vilayətində çətin vəziyyət yaranıb.

Yerli hakimiyyət orqanları elektrik enerjisinin bərpasının iki-üç ay çəkə biləcəyini açıqlayır.

Ukrayna prezidenti də çıxışında energetika sahəsindəki problemlərdən danışıb.

Zelenski kütləvi raket zərbələrinin olmamasına baxmayaraq, rusların gündəlik olaraq kritik infrastruktura hücumlarının davam etdiyi üçün problemlərin qalmaqda olduğunu bildirib.