Melikişvili prospektində, Kaxa Kaladzenin seçki qərargahı yaxınlığında qarşıdurma yaşanır
Melikişvili prospektində, Kaxa Kaladzenin seçki qərargahı yaxınlığında qarşıdurma yaşanır

Tbilisidə, Melikişvili prospektində, Tbilisi merliyinə namizəd Kaxa Kaladzenin seçki qərargahının yaxınlığında qarşıdurma yaşanır.

Hadisə yerində bildirdiklərinə görə, “Gürcü Arzusu”nun gənclər qanadının nümayəndələri ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Tərəflər bir-birinə qarşı təhqiredici sözlər işlədirdilər, müxtəlif əşyalar atılırdı və fiziki qarşıdurma da baş verdi.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub.