Məktəblərdə “Gələcəkdə mən” adlı narkotik əleyhinə kampaniya başladı
Məktəblərdə “Gələcəkdə mən” adlı narkotik əleyhinə kampaniya başladı

Daxili İşlər Nazirliyi və Təhsil, Elm və Gənclər Nazirliyinin təşəbbüsü ilə məktəblərdə “Gələcəkdə mən” adlı narkotik əleyhinə kampaniya həyata keçirilir. Kampaniyanın məqsədi yeniyetmələr arasında psixoaktiv maddələrin istifadəsinin qarşısının alınması və sağlam həyat tərzinin təşviqidir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, mandat xidmətinin psixoloqları, sosial işçilər və təlimçi-mandatçılar 6-cı və 9-cu sinif şagirdləri ilə məlumatlandırıcı görüşlər keçirir, psixoaktiv maddələrin təsiri və onların qarşısının alınması məsələlərinə dair məlumat xarakterli görüşlər keçirirlər.

Kampaniya ilin sonuna qədər davam edəcək və Gürcüstan miqyasında Tbilisi, Acara və Kvemo Kartlidəki 60 dövlət məktəbini əhatə edəcək.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.