Meksikada 7,3 bal gücündə zəlzələ baş verib

22:35, 17.07.2026

Meksikada 7,3 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidmətinin göstəricilərinə görə, zəlzələnin episentri Meksikanın sahil ştatı Çiapasda yerləşən Akiles Serdan şəhərindən 48 kilometr cənub-qərbdə olub.

Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi bildirir ki, episentrdən 300 kilometr radiusda sunami dalğaları gözlənilir.

Mərkəzin məlumatına görə, Qvatemala və Meksika sahillərində qabarma səviyyəsindən bir metrə qədər hündürlükdə sunami dalğaları mümkündür. Çiapas Mülki Müdafiə Xidməti ən azı iki nəfərin yaralandığını bildirib – bir nəfər binanın üçüncü mərtəbəsindən tullanaraq, digəri isə avtosalonun qapısının çökməsi nəticəsində xəsarət alıb.

Hakimiyyət orqanları həmçinin qaz sızması, divarların uçması, tavan panellərinin aşması, çatlar və digər kiçik struktur zədələnmələri barədə də məlumat yayıb.

Qvatemala Prezidenti Bernardo Arevalo bildirib ki, həlak olanlarla bağlı məlumat hələlik təsdiqlənməyib və fövqəladə hallara reaksiya planları hazırlanır.

Hakimiyyət orqanları binaların fasadlarının zədələnməsi və digər dəqiqləşdirilməmiş „dağıntılar“ barədə məlumat verib. Salvador Yanğından Mühafizə Xidməti də ölkədə hələlik heç bir ziyanın müşahidə olunmadığını bildirib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bölgədə bir neçə təkan hiss olunurdu, onlardan birinin ilkin gücü 6.0 maqnituda olub.

 

Oxşar