Meksika həbsxanalarından birində silahlı hücum nəticəsində 14 nəfər həlak olub
Meksika həbsxanalarından birində silahlı hücum nəticəsində 14 nəfər həlak olub

 

Meksikanın Xuares şəhərindəki həbsxanaya silahlı basqın nəticəsində 14 nəfər həlak olub. Məlumatı “Reuters” yayır.

Media həlak olanlar arasında 10 hüquq-mühafizə orqanı əməkdaşı və 4 məhbus olması barədə məlumat yayır. Bununla yanaşı, 13 nəfər yaralanıb, 24 nəfər isə həbsxanadan qaça bilib.

“Reuters”in yazdığı kimi, daha sonra şəhərin başqa bir hissəsində silahlı qarşıdurma zamanı daha iki nəfər həlak olub.

Hazırda cəzaçəkmə müəssisəsinə hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil.

Prokurorluq hücumçuların yerli vaxtla saat 07:00-da həbsxana binasına zirehli avtomobillərlə gələrək atəş açmaları barədə məlumat yayır. Bir neçə dəqiqə əvvəl isə munisipal polis binasına hücumla bağlı məlumat yayılıb. Təqib əməliyyatı nəticəsində 4 nəfər saxlanılıb.