Məkkə və Mədinədə 24 saatlıq karantin elan edildi
Məkkə və Mədinədə 24 saatlıq karantin elan edildi

Səudiyyə Ərabistanının qərarı ilə, Məkkə və Mədinədə 24 saatlıq karantin elan edildi. Bu barədə məlumatı “Alcazira” Səudiyyə Ərabistanının Daxili İşlər Nazirliyinə istinad edərək yayır.

Nazirliyin məlumatına görə, qeyd olunan tədbiri hökumət “COVID-19” virusunun yayılması prevensiyası məqsədi ilə gördü.

Səudiyyə Ərabistanında koronavirusa 1 700 insan yoluxub, 15 insan dünyasını dəyişib.