Məcburi Köçkünlər Agentliyi 400-dən çox məcburi köçkün ailəsinə ev satın alacaq
Məcburi Köçkünlər Agentliyi 400-dən çox məcburi köçkün ailəsinə ev satın alacaq

Məcburi Köçkünlər Agentliyi 400-dən çox məcburi köçkün ailəsinə ev satın alacaq. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, qeyd olunan ailələrin siyahısı agentliyin veb səhifəsində dərc edilib.

“Məcburi köçkün ailələrinə Gürcüstanın istənilən bölgəsində ev seçmək və agentliyə təqdim etmək üçün altı aylıq müddət verilir.

Məcburi köçkün ailələrinin yerləşdirilməsi məqsədilə yaşayış komplekslərinin tikintisi ilə paralel olaraq, evlərin satın alınması proqramı son dövrlərdə xüsusi miqyas qazanıb. 2025-ci ildə agentlik 3000-ə qədər məcburi köçkün ailəsinə ev satın alıb.

Cari ildə məcburi köçkün ailələrinin mənzillə təmin edilməsi prosesi daha da aktiv şəkildə davam edəcək”, – nazirliyin məlumatında deyilib.