Məhkəmə Nika Melianı səkkiz ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi və ona iki il müddətinə vəzifə tutmaq qadağan edildi
Parlamentin müvəqqəti istintaq komissiyasının tələbinə əməl etmədiyinə görə Tbilisi Şəhər Məhkəməsi “Yeni” partiyasının liderlərindən biri olan Nika Melia barəsində səkkiz ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Həmçinin ona iki il müddətinə vəzifə tutmaq qadağan edildi.
Qərar bir müddət əvvəl Tbilisi Şəhər Məhkəməsində elan edilib.
Nika Melia məhkəmə iclasında iştirak etmirdi.
Bundan başqa, məhkəmənin qərarı ilə Nika Melia 2019-cu ildə Vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə açılmış işdə 25 min lari məbləğində cərimələnib.