Məhkəmə qrup halında zorakılıqda iştirak etməkdə ittiham olunan beş nəfər barəsində həbs qətimkan tədbiri seçib
Məhkəmə qrup halında zorakılıqda iştirak etməkdə ittiham olunan beş nəfər barəsində həbs qətimkan tədbiri seçib

Tbilisi Şəhər Məhkəməsi qrup halında zorakılıqda iştirak etməkdə ittiham olunan 5 nəfər barəsində həbs qətimkan tədbiri seçib.

Hakim həbs qətimkan tədbiri ilə bağlı ittiham tərəfinin vəsatətini təmin edib. Prokurorun bildirdiyinə görə, təqsirləndirilən şəxslərin gizlənmə, cinayəti təkrar törətmə və şahidlərə təsir göstərmə riski mövcud idi.

Müdafiə tərəfi təqsirləndirilən şəxslər barəsində girov qətimkan tədbirinin seçilməsini tələb edirdi.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2 noyabr tarixində, Tbilisidə, mağazalardan birində Manana Qiorqobiani həmin mağazanın əməkdaşlarından pulu xırdalamağı tələb edib, yox cavabı aldıqdan sonra aqressivləşib, zərərçəkənlərə qarşı sözlü təhqirə və o cümlədən, onlardan birinə qarşı fiziki təhqirə yol verib, həmçinin onları fiziki qisasla təhdid edib. İstintaqın məlumatına görə, Manana Qiorqobiani mağazadan çıxdıqdan sonra zorakılıqla müşayiət olunan qrup halında əməli təşkil edib. Belə ki, zərərçəkənlərdən fiziki qisas almaq məqsədilə Qiorqobiani hadisə yerinə beş nəfəri aparıb, onlar qrup halında zərərçəkənləri döyüblər və xəsarət yetiriblər, bundan sonra isə hadisə yerindən qaçıblar.