Tbilisi Şəhər Məhkəməsi vətəndaş fəalı Niko Manaqadzeni inzibati xəta törətmiş şəxs kimi tanıdı və ona 4 günlük inzibati həbs cəzası verdi.
Qərarı hakim Lela Mildenberger verdi.
Niko Manaqadzeni iki gün əvvəl inzibati qaydada saxladılar. O, İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə polisə tabe olmamağı nəzərdə tutan əməli törətməkdə ittiham olunurdu.