Məhkəmə etiraz aksiyaları zamanı Levan Xabeişviliyə qarşı törədilmiş zorakılıqda təqsirləndirilən hüquq-mühafizə orqanlarının əməkdaşları barəsində həbs qətimkan tədbiri seçib
Məhkəmə etiraz aksiyaları zamanı Levan Xabeişviliyə qarşı törədilmiş zorakılıqda təqsirləndirilən hüquq-mühafizə orqanlarının əməkdaşları barəsində həbs qətimkan tədbiri seçib

Məhkəmə etiraz aksiyaları zamanı Levan Xabeişviliyə qarşı törədilmiş zorakılıqda təqsirləndirilən hüquq-mühafizə orqanlarının əməkdaşları barəsində həbs qətimkan tədbiri seçib, – bu barədə iş üzrə prokuror Laşa Qamğrelidze bildirib.

Qamğrelidzenin qeyd etdiyi kimi, təqsirləndirilən şəxslər cinayəti etiraf ediblər.

„Söhbət Levan Xabeişviliyə qarşı Xüsusi Təyinatlılar Departamentinin əməkdaşları tərəfindən səlahiyyət həddinin aşılması faktından gedir. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə qətimkan tədbiri kimi həbsin tətbiqi məsələsinə baxıb, onu tam qəbul edib və hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçib. Təqsirləndirilən şəxslər törətdikləri cinayəti etiraf edirlər. Hazırda onların vəkilləri yoxdur. Onların mövqeyi ondan ibarət olub ki, törətdikləri cinayəti etiraf edirlər və barələrində həbs qətimkan tədbirinin tətbiq olunması ilə razılaşıblar.

İclas qapalı keçirilir, səbəb isə iclas iştirakçılarının şəxsi təhlükəsizliyidir. İş üzrə bir sıra istintaq hərəkətləri aparılıb, təxminən 550 nəfər dindirilib, yüzlərlə video yazı tələb olunub və həmin video yazılara baxış keçirilib. İş öz həcminə görə çox əhəmiyyətlidir.

Levan Xabeişvili dindirməyə çağırılmışdı və o, öz istəyi ilə məlumat verməkdən imtina edib. Əgər onun istəyi olarsa, dindirilmədə iştirak edəcək və təbii ki, ifadəsi alınacaq. Xabeişvili ilə bağlı epizod üzrə təqsirləndirilənlər Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlılar Departamentinin keçmiş əməkdaşlarıdır, onların arasında Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin hazırkı əməkdaşı da var”, – Qamğrelidze bildirib.