Məhəmməd Bağır Qalibaf – İqtisadi baxımdan ABŞ digər ölkələrlə münasibətləri məhdudlaşdıracaq vəziyyətdə deyil

23:01, 24.08.2026

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirir ki, Vaşinqtonun İranla əlaqəsi olan ölkələrə qarşı hədələrini ciddi qəbul etmirlər.

“Amerikalılar bilirlər ki, onların hədələrinə və yüksəksəsli bəyanatlarına kimsə inanmır. İqtisadi baxımdan Birləşmiş Ştatlar digər ölkələrlə münasibətləri daha da məhdudlaşdıracaq vəziyyətdə deyil”, – Qalibaf sosial şəbəkədə yazır.

Qalibafın bildirdiyinə görə, İranın ticarət tərəfdaşları ABŞ-ın yeni hədələrinin onların qərarlarına təsir göstərə bilməyəcəyini dəfələrlə qeyd ediblər.

“İranın ticarət tərəfdaşları həm ictimaiyyət qarşısında, həm mediada, həm də bizə göndərilən mesajlarda bu bəyanatlara heç bir əhəmiyyət vermədiklərini bildiriblər”,- Qalibaf yazır.

Oxşar