Mediyanın məlumatına görə, Rusiya “sülh memorandumu” əsasında yenidən Ukrayna qoşunlarının Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən çıxarılmasını tələb edir
Mediyanın məlumatına görə, Rusiya “sülh memorandumu” əsasında yenidən Ukrayna qoşunlarının Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən çıxarılmasını tələb edir

Rusiya Ukraynaya tələbləri ehtiva edən “sülh memorandumu” təqdim edib.

“Axios” Ukrayna hökumətinin bir nümayəndəsinə istinadən yazır ki, Rusiya memorandum əsasında yenidən Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrindən Ukrayna qoşunlarının tam çıxarılmasını tələb edir.

Yayılan məlumata əsasən, ruslar həmçinin Ukraynadan qaçırılmış on uşağın 10 iyul tarixinə qədər qaytarılmasını təklif ediblər, hərçənd, ukraynalılar bildirirlər ki, bu, Rusiyanın Ukrayna ərazisindən aparılmış uşaqların yalnız kiçik bir hissəsidir.

Ukrayna tərəfinin məlumatına görə, Rusiya danışıqlar qrupunun rəhbəri Vladimir Medinski görüş zamanı on minlərlə ukraynalı uşağın Rusiya tərəfindən qaçırıldığını inkar edib və bunu təbliğat adlandırıb.

“Dəlisov nömrələr atmağı dayandırın. Rusiya Federasiyasında olanların hamısını geri qaytaracağıq. Heç bir qaçırılma baş verməyib. Rus əsgərləri insanları qaçırmırlar. Onlar ukraynalı uşaqları yalnız ona görə xilas etdilər ki, onların həyatı təhlükə altında idi. Avropalı mərhəmətli xalalar üçün tamaşa qurmayın – onların özlərinin uşaqları belə yoxdur,” – deyə Volodimir Zelenski görüş zamanı bildirib.