Mediyanın məlumatına görə, İranın İsrailə endirdiyi raket hücumu nəticəsində iki nəfər həlak olub, onlarla insan isə yaralanıb

10:47, 14.06.2025

Təl-Əvivin cənubundakı Rişon Letsionda yaşayış evlərinin yaxınlığında raket hücumu nəticəsində bir nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Yerli media dağıntılar altında hələ də insanların ola biləcəyini yazır. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Bununla yanaşı, Təl-Əviv yaxınlığındakı Ramat Qanda bir nəfər həlak olub, 40-a yaxın insan isə yaralanıb.

Paralel olaraq, İsrailin İrana endirdiyi zərbələr nəticəsində yüksək rütbəli hərbi şəxslər də daxil olmaqla, azı 78 nəfər həlak olub, 320-dən çox insan isə yaralanıb.

Oxşar