“MediClub”da bildirirlər ki, təlim zamanı xəsarət alan iki amerikalı hərbçinin ciddi xəsarətləri yoxdur, lakin müşahidə məqsədi ilə klinikada qalırlar
“MediClub” klinikasında bildirirlər ki, təlim zamanı xəsarət alan iki amerikalı hərbçinin ciddi xəsarətləri yoxdur.
“MediClub”ın tibbi direktoru David Sergeenkonun Gürcüstanın Birinci Kanalına bildirdiyinə görə, xəsarət alan iki hərbçinin müayinələri nəticəsində ciddi xəsarət aşkar edilməyib, lakin onların müşahidə məqsədi ilə klinikada qalmasına qərar verilib.
Sergeenkonun bildirdiyinə görə, hərbçilərin göyərmə izləri var.
Hadisə bu gün Krtsanisidə, Təlim və Hərbi Təhsilə Dəstək Mərkəzində təlim zamanı baş verib. Təlim zamanı maşının aşması nəticəsində iki hərbçi yaralanıb.