Medianın yaydığı məlumatda Ukraynanın Rusiya hərbi hava bazasına hücumu nəticəsində 3 rus əsgərinin həlak olduğu deyilir

10:41, 26.12.2022

 

Ukraynanın Rusiya hərbi hava bazasına təşkil etdiyi hücumda 3 rus əsgəri həlak olub. Rus mətbuatının Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən verdiyi məlumata əsasən Ukraynaya məxsus pilotsuz uçuş aparatı Saratov vilayətindəki “Enqels” aviabazasına hücum edib.

Ukraynaya məxsus PUA Rusiya aviabazasına alçaq hündürlükdə yaxınlaşıb, hava hücumundan müdafiə sistemi qurğuya atəş açıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatında hərbçilərin PUA-nın zərərsizləşdirilməsi zamanı ölümcül yaralar aldığı deyilir.

Uzaqmənzilli rus bombardmançıları “Enqels” aviabazasına yerləşdirilib. Ukrayna sözügedən aviabazaya bu ayın əvvəlində də hücum etmişdi.

Oxşar