Medianın yaydığı məlumatda Rusiyanın Ukraynanın bir sıra vilayət və şəhərlərinə raket zərbələri endirdiyi deyilir

18:59, 15.11.2022

 

Kiyevdən başqa, Rusiya Ukraynanın daha bir neçə vilayət və şəhərinə raket zərbələri endirib. “Ukrainskaya Pravda” Çerniqov, Poltava, Vinnitsa, Sumı və Jitomir vilayətlərində hava hücumundan müdafiə sisteminin işə salınması ilə bağlı məlumat yayır.

Telegram kanallarında Lvov şəhərində partlayış səslərinin eşidildiyinə dair məlumat yayılır. Şəhər meri nəticədə Lvovun bir hissəsinin işıqsız qaldığını bildirir.

Həmçinin, sosial şəbəkələrdə Xarkov şəhərində partlayışlarla bağlı məlumatlar yayılır. Raket zərbələri nəticəsində metronun hərəkəti dayanıb. Şəhərdə elektrik yoxdur.

Partlayış səsləri Krivoy Roq, Xmelnitsk və Odessada da eşidilib.

Bir az bundan əvvəl Kiyevdə təkrar partlayış səsləri eşidilib. Şəhərdə elektrik enerjisi kəsilib. Vətəndaşlar sığınacaqlarda qalmağa çağırılır.

Ukrayna hakimiyyəti tərəfindən raket hücumlarının hədəfinin əsasən kritik infrastruktur olduğu bildirilir.

Oxşar